SON XƏBƏRLƏR

Hillari Klinton Suriyalı müxaliflərlə görüşəcək

2021.10.20, 07:36
Hillari Klinton Suriyalı müxaliflərlə görüşəcək

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi bu gün Cenevrədə Suriya müxalifətinin 7 nümayəndəsini qəbul edəcək.

ABŞ dövlət katibi Hillari Klinton İsveçrənin Cenevrə şəhərində suriyalı müxaliflərlə görüşəcək.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, ABŞ Dövlət Departamentinin (xarici işlər nazirliyi) təmsilçisi ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) toplantısı səbəbilə Litvada (Litvani) olan Klintonun bu gün insan haqları mövzusunda çıxış üçün gedəcəyi Cenevrə şəhərində 7 suriyalı müxaliflə görüşəcəyini söyləyib.

Suriyalı müxaliflərin AB-nin (Avropa Birliyinin) müxtəlif şəhərlərindən gəldiklərini bildirən ABŞ rəsmisi görüş haqda detallı (təfərrüatlı) məlumat verməyib.

Klinton Suriyalı müxaliflərlə iyul (July) ayında da görüşmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar