SON XƏBƏRLƏR

Avstraliya da İrana sanksiya (təhrim) tətbiq etdi

2021.10.20, 07:36
Avstraliya da İrana sanksiya (təhrim) tətbiq etdi

Gunaz.tv

GünAz TV: Avstraliyanın baş naziri Kevin Radd ölkəsinin İrana yeni sanksiyalar (təhrim) tətbiq etdiyini açıqlayıb.

Məlumata görə, sanksiyalar islam cümhuriyyətinin neft və maliyyə sahələrinə aiddir.

"Yeni sanksiyalar İranın neft və maliyyə sahələrilə biznes əlaqələrinin qurulmasını qadağan edir. Bu sanksiyaların aradan qaldırılması üçün Tehran nüvə proqramı ilə bağlı konstruktiv (yararlı) addımlar atmalı, BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə əməl etməlidir", - deyə Radd bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar