SON XƏBƏRLƏR

Keçmiş prezident ermənilərlə bağlı xəbərdarlıq etdi

2021.10.20, 07:36
Keçmiş prezident ermənilərlə bağlı xəbərdarlıq etdi

Gunaz.tv

GünAz TV: Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze ermənilərlə bağlı növbəti xəbərdarlıqla çıxış edib.

Keçmiş prezident Ermənistanı Acarıstan ilə birləşdirəcək birbaşa avtomobil yolunun inşasını təhlükə kimi görür.

"Bu layihə Gürcüstan üçün demoqrafik problemlər yarada bilər" - deyə keçmiş prezident "Asaval-dasavali" həftəliyinə müsahibəsində bildirib. "Qruziya-onlayn" xəbər verir ki, ötən həftə Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana səfəri zamanı adıçəkilən layihə ilə bağlı gürcü həmkarı ilə məsləhətləşmələr aparıb. Onlar Ermənistanı Batumi ilə birləşdirəcək yolun tikintisi prosesini (prusə) tezləşdirməyi müzakirə ediblər. Saakaşvili bildirib ki, bu, erməni turistlərinin Gürcüstana axınına səbəb olacaq. E.Şevardnadze isə "ermənilərin məskunlaşması" ilə Acarıstanda demoqrafik mənzərənin dəyişə biləcəyindən ehtiyat edir. "Abxaziyaya baxın, orada ermənilər abxazlardan çoxdur" - deyə o bildirib. O, istisna etmir ki, gürcü hakimiyyət orqanları Ermənistana güzəştə gedəcək və gürcü patriarxlığının mübahisəli elan etdiyi bir neçə kilsəni onlara verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar