SON XƏBƏRLƏR

Məmmədyarovla Nalbandyanın görüşü olub

2021.10.20, 07:36
Məmmədyarovla Nalbandyanın görüşü olub

Gunaz.tv

GünAz TV: Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vilnüsda ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb.

Bu barədə Ermənistan XİN-in (xarici işlər nazirliyi) mətbuat katibi Tiqran Balayan News.am saytına açıqlama verib.

Onun sözlərinə görə, görüş ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bratke (Amerika Birləşmiş Ştatları), fransalı yeni həmsədr Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə keçirilib.

Müzakirələrin gedişində Qarabağ münaqişəsinin nizamlanması ətrafında məsələ barədə fikir mübadiləsi aparılıb.

 Eyni zamanda ATƏT XİN Şurasının bugünkü iclasında Qarabağ münaqişəsinə dair birgə bəyanatın qəbulu imkanları müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar