SON XƏBƏRLƏR

Suriya Hökumətindən geri addım

2021.10.20, 07:36
Suriya Hökumətindən geri addım

Gunaz.tv

GünAz TV: Əsəd hakimiyyəti təzyiqlər qarşısında geri addım atıb. Məlumata görə, Suriya Ərəb Birliyinin ölkəyə müşahidəçi göndərilməsi tələbinə müsbət cavab verib.

 

"Anadolu" Agentliyinin xəbərinə görə, bir Suriya rəsmisi ərəb müşahidəçilərin Suriyaya göndərilməsinin qəbul edildiyini söyləyib.

 

Ərəb Birliyi Suriyaya prezident Bəşər Əsəd rejiminə qarşı keçirilən aksiyalarda (yürüş) son dərəcə sərt müdaxiləyə son qoyulmasını və ərəb müşahidəçilərə izin verilməsini nəzərdə tutan sənədin imzalanması üçün dünənə qədər vaxt vermişdi. Birlik əks təqdirdə maddi və iqtisadi sanksiyaların (təhrim) tətbiqinə başlanacağını açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar