SON XƏBƏRLƏR

Xameneyi Suriya ilə bağlı fətva verib

2021.10.20, 07:36
Xameneyi Suriya ilə bağlı fətva verib

Gunaz.tv

GünAz TV: İranın ali dini lideri, Seyyid Əli Xameneyi müsəlmanları Suriya istehsalı olan məhsulları almağa çağıran fətva verib.

Fətvanı Türkiyənin İrandakı səfiri açıqlayıb. O, “Facebook”dakı bloqunda yazıb ki, fətvadan sonra İran bütün Suriya məhsullarını almağa başlayıb.

İranlı ayətullahlar fətvalarla ərəb ölkələri, Türkiyə və Qərbin Suriyaya qarşı tətbiq etdiyi iqtisadi blokada (mühasirə) və embarqoya (təhrim) qarşı çıxmağa çalışırlar.

Bu arada isə Küveytin “al-Seyassah” qəzeti məlumat yayıb ki, Dəməşqdə Bəşər Əsədin İran və Şimali Koreya rejimlərinin nümayəndələri ilə gizli görüşü keçirilib. Görüşdə Suriyaya raket və digər hərbi məhsulların çatdırılması imkanları və bu sahədəki problemlər müzakirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar