SON XƏBƏRLƏR

Bəhreyndə Britaniya səfirliyinin yanında törədilən partlayışın səbəbi İrandır?!

2021.10.20, 07:36
Bəhreyndə Britaniya səfirliyinin yanında törədilən partlayışın səbəbi İrandır?!

Gunaz.tv

GünAz TV: Bəhreynin paytaxtı Manamada Britaniya səfirliyinin binası yaxınlığında partladılmış mikroavtobusla (minibus) bağlı təhqiqat davam edir.

Mikroavtobusda kiçik həcmli partladıcı qurğu yerləşdirmiş terrorçuların hədəfi britaniyalı diplomatlar olub.

Partlayış səfirlik binasına böyük zərər vurmayıb. Bəhreyn əmirliyinin DİN-nin (daxili işlər nazirliyi) verdiyi rəsmi məlumata görə, partladıcı qurğu mikroavtobusun təkərlərindən birinin altına yerləşdirilibmiş.

"İstintaq gedir. Partlayışın gücü və qəlpələrin dağılma istiqamətini nəzərə alaraq deyə bilərik ki, dinamitdən istifadə olunub", - DİN-nin mətbuat katibi Salah Səlim deyib.

Əhalisinin əksəriyyəti şiə olan, amma sünni sülalə tərəfindən idarə olunan Bəhreyndə fevral-mart (February- March) aylarında kütləvi etiraz aksiyaları (yürüş) keçirilmişdi. Küçələrə çıxan on minlərlə insan əmirin hakimiyyətdən əl çəkməsini istəyirdi.

Səudiyyə Ərəbistanı işə qarışaraq ölkəyə qoşun yeridəndən sonra etiraz aksiyaları yatırılıb.

Bəhreynin hakimiyyət dairələri ölkədə baş verənlərdə İranı suçlayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar