SON XƏBƏRLƏR

Azərbaycanda təcili yardım helikopterləri fəaliyyət göstərəcək – Foto

2021.10.20, 07:36
Azərbaycanda təcili yardım helikopterləri fəaliyyət göstərəcək – Foto

Gunaz.tv

GünAz TV: Bundan sonra Azərbaycanda təcili yardım kimi helikopterlər də fəaliyyət göstərəcək. Artıq helikopterlər Prezident İlham Əliyevə nümayiş etdirilib.

 

Şənbə günü Heydər Əliyev Beynəlxalq Aeroportunda (hava limanı) yeni aerovağzal (terminal) kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olan dövlət başçısı helikopterlərə də tamaşa edib.

 

Təcili yardım helikopterləri  “EVROCOPTER EC-135” tiplidir.

 

Yeni helikopterlər ən müasir təcili tibbi yardım avadanlığı (təchizat) ilə təchiz olunub və fövqəladə hallar şəraitində xilasetmə əməliyyatları zamanı istifadə olunacaq.

 

İstənilən coğrafi şəraitdə qalxıb-enməyi asanlıqla həyata keçirən bu helikopterlər xüsusilə də dənizə enmə imkanlarına da malikdir. Dənizdə baş verə biləcək hər hansı fövqəladə vəziyyət zamanı bu helikopterlər asanlıqla suya enərək, lazımi təcili tibbi yardım və xilasetmə tədbirlərini həyata keçirir.

 

Qeyd edək ki, yeni helikopterlərdən nə qədər gətirildiyi barədə hələ ki, rəsmi açıqlama verilməyib. Lakin şəkillərdən də ən azı 2 ədəd gətirildiyi məlum olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar