SON XƏBƏRLƏR

İran üzərində Amerikanın pilotsuz (xələbansız) təyyarəsi vurulub

2021.10.20, 07:36
İran üzərində Amerikanın pilotsuz (xələbansız) təyyarəsi vurulub

Gunaz.tv

GünAz TV: İran hərbiçiləri iddia edirlər ki, bazar günü ABŞ (Amerika Birləşmiş Ştatları) pilotsuz (xələbansız) təyyarəsini vurub salıblar yerə. Deyilənə görə həmin təyyarə İranın hava məkanında kəşfiyyat işi aparıb.

 

Bu barədə Əl Aləm ərəb telekanalına İran silahı qüvvələri komandanlığındakı mənbə məlumat verib.

 

"İran hərbiçiləri ABŞ-ın RQ-170 markalı pilotsuz təyyarəsini vurub yerə salıblar. Hadisə İranın şərqində baş verib", - Reuters agentliyi telekanalın efirində səslənmiş İran hərbi dairələrindən alınan məlumatı ixtibas edib.

 

Daha bir xəbərə görə, ABŞ-a məxsus “RQ-170” markalı pilotsuz təyyarə vurulan zaman ciddi zərər görməyib və hazırda İran hərbçilərinin nəzarətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar