SON XƏBƏRLƏR

İran zindanlarında QİÇS (AIDS) sürətlə yayılır

2021.10.20, 07:36
İran zindanlarında QİÇS (AIDS) sürətlə yayılır

Gunaz.tv

GünAz TV: İranın Həbsxanalar Təşkilatının rəhbəri Qulamhüseyn İsmaili ölkə həbsxanalarında HİV/QİÇS virusunun tüğyan etdiyini açıqlayıb.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  Qulamhüseyn İsmaili deyib ki, bununla bağlı 9 həbsxanada araşdırma aparılıb, məhbusların 57 faizi həbs edilməmişdən əvvəl narkoman (motad) olduqlarını bildiriblər: “Hazırda həbsxanaların birində məhbusların 75 faizi narkomandır. Son zamanlar həbsxanalarda HİV/QİÇS virusu geniş yayılıb. Onların bir çoxu narkotikadan istifadə edərkən inyeksiya (təzriq) yolu ilə bu virusa yoluxublar. Həbsxanalarda həkimlərin sayının az olması isə bu virusun qarşısının alınmasını çətinləşdirib”.

İranın Həbsxanalar Təşkilatının rəhbəri bildirib ki, həmin insanlar azadlığa çıxdıqdan sonra cəmiyyət üçün təhlükə olacaqlar.

Qeyd edək ki, İranın Həbsxanalar Təşkilatının rəsmi statistikasına (amar) əsasən bu ölkədə 252 zindanda 198 min məhbus saxlanılır. Onlardan 3 min nəfəri HIV/QİÇS virusuna yoluxub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar