SON XƏBƏRLƏR

Suriya Türkiyənin sanksiya (təhrim) qərarına cavab verdi

2021.10.20, 07:36
Suriya Türkiyənin sanksiya (təhrim) qərarına cavab verdi

Gunaz.tv

GünAz TV: Suriya ilə Türkiyə arasında bundan sonra azad ticarət həyata keçirilməyəcək. Rəsmi Dəməşq Ankara ilə azad icarət müqaviləsinin fəaliyyətini dayanırıb.

Bu barədə qərar 2 gün öncə verilib. Suriya hökuməti bu addımın Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Suriyaya qarşı elan etdiyi sanksiyalara (təhrim) cavab olduğunu bildirir. Rəsmi Dəməşq Türkiyəyə qarşı digər addımları da nəzərdən keçirir. Xatırladaq ki, iki gün əvvəl Türkiyə Suriyaya qarşı bir sıra iqtisadi sənksiyalar irəli sürüb. Həmin saknsiyalara əsəsn Suriya ilə Türkiyə arasınd strateji əməkdaşlıq mexanizmi, hər iki ölkənin mərkəzi bankları səiyyəsində fəaliyyyəti dondurulacaq. Ümumiyyətlə sanksiya 9 bənddən ibarətdir. Sanksiyada Bəşər Əsəd rejimi və Suriya hökuməti üzvlərinin bütün bank hesablarının dondurulması da nəzərdə tutulub. Bunlarla yanaşı üçüncü ölkələrdən Suriyaya silah-sursat və hərbi texnika daşınması ilə məşğul olan şəxslərin türkiyə ərazisinə girişinə qadağa qoylub. Cinayət törətdiyi təsdiq olunmuş Suriya rəsmilərinin də Türkiyəyə səfərinə icazə verilmir. Qeyd edək ki, Suriya Aralıq Dənizi İttifaqında üzvlükdən çıxıb. Rəsmi Dəməşq bu addımını Avropa Birliyi tərəfindən Suriyaya qaşrşı tətbiq olunan sanksiyalara cavab kimi izah edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar