SON XƏBƏRLƏR

Yəməndə qanlı toqquşmalar davam edir: 32 ölü, 105 yaralı!

2021.10.20, 07:36
Yəməndə qanlı toqquşmalar davam edir: 32 ölü, 105 yaralı!

Gunaz.tv

GünAz TV: Yəmənin cənub-qərbində yerləşən Taiz şəhərində hökumət qüvvələrilə müxalifəti dəstəkləyən silahlılar arasında qanlı toqquşmalar gedir.

 

İki gündür davam edən toqquşmalarda ən azı 32 nəfər ölüb, 105 nəfər yaralanıb. Bu barədə Milli.Az xəbər portalı "Sinhua" agentliyinə istinadən xəbər yayıb.

Ölənlər arasında 5 əsgər də var. Daha 30 hərbçi yaralıdır.

 

Ordunun müxalifətçilərə raket zərbələri endirdiyi də bildirilir.

 

Xatırladaq ki, Yəmən prezidenti Əli Abdulla Saleh bir neçə gün əvvəl postunu tərk edib. Lakin bu, onun tərəfdarları ilə müxalifətçilər arasında toqquşmalara son qoymayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar