SON XƏBƏRLƏR

Əhvaz şəhərində iki nəfər milli fəal həbs olunub

2021.10.20, 07:36
Əhvaz şəhərində iki nəfər milli fəal həbs olunub

Gunaz.tv

GünAz TV: İranda qeyri-fars millətlərə qarşı təzyiqlər davam edir. Ərəblərin haqları uğrunda hərəkatın fəallarından olan iki nəfər həbs olunub.

 

Onlar bir neçə gün öncə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Əhvaz şəhərində həbsə alınaraq naməlum istiqamətə aparılıblar.

Yerli ərəblərin sevimli xanəndəsi olan Galin Mənabi Salehi əvvəllər də ərəb dilində mahnı oxuduğuna görə tutulub. Onun kiçik qardaşı Həsən Mənabi Salehi isə Əhvaz şəhərində orta məktəblərin birində müəllim işləyirdi. Artıq milli fəaliyyətinə görə onu işdən azad ediblər. Ailəsi fəalların durumundan xəbər tutmaq üçün ETTELAAT-ın Əhvaz şöbəsinə müraciət etsələr də, onlara heç bir məlumat verilməyib. Qardaşların vəkillə təmin olunmadığı bildirilir.

Qeyd edək ki, əvvəllər İranın Həmidiyyə şəhərində yaşayan ailə məhz ETTELAAT-ın basqılarına məruz qaldığına görə Əhvaza köçmüşdü. Apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar