SON XƏBƏRLƏR

Əsəd seçkilərə gedir

2021.10.20, 07:36
Əsəd seçkilərə gedir

Gunaz.tv

GünAz TV: Suriyada Konstitusiya (Anayasa) referendumu və parlament seçkilərinə hazırlıq başlayıb.

 

Suriya parlamenti yeni konstitusiyanın (Anayasa) referendum yolu ilə qəbul ediləcəyini açıqlayıb. Suriyanın SANA rəsmi informasiya agentliyinin yaydığı xəbərə görə, parlament konstitusiya layihəsinin hazırlanması üçün komissiya (komsiyon) yaradacaq.

 

GünAz TV mətbuat mərkəzinin “Bizim yol”a istinadən yaydığı xəbərə görə, Məlumatda bütün icazəsiz aksiyaların (göstəri) dağıdılacağı və qanunlar çərçivəsində hər hansı bir cinayətdə əli olmayan bütün məhkumların azad ediləcəyi də bildirilib. Parlament hesab edib ki, seçki prosesi (sürəc) demokratiya üçün ən doğru yoldur. Həmçinin Bəşər Əsədin rəhbərliyi altında «milli dialoq» təşkil edilməsi, seçkilər və siyasi partiyalarla bağlı yeni qanunlar çərçivəsində parlament seçkilərinin keçirilməsinin vacibliyi vurğulanıb.

 

Suriya rejimi etiraz aksiyaları başlayandan bu yana dəfələrlə Bəşər Əsədin islahat proqramı çərçivəsində yeni konstitusiya hazırlanacağını bildirirdi. Yeni konstitusiyada «Bəəs Partiyası ölkənin və cəmiyyətin lideridir» ifadəsini də əks etdirən 8-ci maddənin yer almayacağı xəbər verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar