SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı yenidən Etiraz Yürüşləri başlaya bilər

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı yenidən Etiraz Yürüşləri başlaya bilər

Gunaz.tv

GünAz TV: Urmu Gölünün qurudulmasına etiraz olaraq Keçirilən 3 sentyabr (12 şəhrivər) Kütləvi Etiraz Yürüşlərindən 90 gün keçir.

 

Bu zəmində bir qrup müstəqil Güney Azərbaycan Milli Hərəkat fəalları Bəyanat yayıblar. Bəyanatda Azərbaycan türk millətinin Urmu Gölünün qurudulması siyasəti məsələsində olduqca həssas olduğu vurğulanıb.

 

Bildirilib ki, “Hakimiyyətin Urmu Gölü məsələsini qulaq ardına vurması 2 il ardıcıl təbiət günündə (2 aprel , 13 fərvərdin) Kütləvi Yığıncaqlar və keçən aylarda Etiraz Yürüşlərinə səbəb oldu və çoxsaylı soydaşımız zindanlara düşdülər.

 

Hakimiyyət isə keçmişdəki kimi boş vədlər verməklə ictimai rəyi dəyişməyə çalışdı.

 

Artıq 3 sentyabr (12 şəhrivər) Yürüşündən 90 gün keçir, ancaq Urmu Gölünü qurumaqdan qurtarmaq uğrunda heç bir addım atılmayıb. Əgər hamiyyət düşünürsə artıq etirazlar bitdi və öz məkrli siyasətini yürüdə biləcəkdir böyük səhvdədir. Hakimiyyət bilsin ki, onlara bu icazə verilməyəcək və Azərbaycan türk milləti bir daha etirazlara başlayacaq.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar