SON XƏBƏRLƏR

“Traxtur” takımı “Perspolis”i məğlubiyyətə uğratdı

2021.10.20, 07:36
“Traxtur” takımı “Perspolis”i məğlubiyyətə uğratdı

Gunaz.tv

GünAz TV: Tehranın azadi stadionunda (stadyom) Təbrizin “Traxtur” futbol takımı (tim) ilə “Perspolis” takımı arasında keçirilən müsabiqə “Traxtur”un qələbəsi ilə sona çatdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 15-ci həftəsində keçirilə müsabiqənin birinci hissəsində “Traxtur” xüsusi aktivlik göstərsədə, ancaq heç bir takım tərəfindən qol vurulmadı.

 

İkinci hissənin 5-ci dəqiqəsində isə “Traxtur” oyunçusu Siyavuş Əkbərpur qarşı takımın darvazasına 1 qol vurmağa nail oldu.

 

Bununlada müsabiqə (1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

Müsabiqəni təxminən 30000 nəfər tamaşaçı izləyib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar