SON XƏBƏRLƏR

İran rejiminin terror planları ifşa olunur

2021.10.20, 07:36
İran rejiminin terror planları ifşa olunur

Gunaz.tv

GünAz TV: Molla rejimi ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Almaniyadakı hərbi bazasında (payqah) terror aktı (əməl) törətmək istəyirmiş.

25 ölkənin diplomat və səfirləri Böyük Britaniyanın İrandakı səfirliyinə baş çəkib.

İran polisi ölkədə akkreditə (accredited) olunmuş 11 ölkənin səfirinin dünən Böyük Britaniya səfirliyinə baş çəkməsinə maneçilik törədib. Bu barədə "Fars" informasiya agentliyi xəbər verir.

Rusiya, İsveçrə, Polşa, Macarıstan, Yeni Zelandiya, Kipr (Qıbrıs), Finlandiya, Çexiya və digər ölkələrin səfirləri Böyük Britaniyanın səfirliyinə baş çəkməyə cəhd ediblər. Məlumata görə, iranlı polislər diplomatlardan İran hökumətindən rəsmi razılıq almağı xahiş edərək onlara səfirliyə daxil olmağa icazə verməyiblər. Nəhayət, razılaşmadan sonra İran polisi 25 ölkənin diplomat və səfirlərinin Böyük Britaniya səfirliyinə baş çəkməsinə icacə verib. Rusiya, İsveçrə, Polşa, Macarıstan, Yeni Zelandiya, Kipr, Finlandiya, Çexiya və digər ölkələrin diplomatları Böyük Britaniyanın səfirliyində olublar.

Dünən başqa bir xəbər Almaniyadan gəldi. İran ABŞ-ın Almaniyadakı hərbi bazasında terror aktı törətmək niyyətindəymiş. APA-nın məlumatına görə, belə bir bəyanatla Almaniyanın baş prokuroru (dadistan-i koll) Herald Range çıxış edib. Onun sözlərində görə, İran hökuməti bununla bağlı bölgədə araşdırmalar aparırmış. Plan ABŞ-ın İrana hücumundan sonra həyata keçiriləcəkmiş. İran ABŞ-ın Almaniyadakı hərbi bazasında partlayış törətməklə bu ölkənin Tehrana hücumunun qarşısını almaq fikrində imiş. Almaniyanın baş prokuroru əlavə edib ki, hazırda İrana casusluqda şübhəli bilinən almaniyalı bir tacir həbs olunub. Həmin tacirin evində axtarış aparılıb. Yaxın günlərdə Almaniya məsələ ilə bağlı ətraflı məlumat verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar