SON XƏBƏRLƏR

Vaşinqton İran və Suriyaya qarşı tətbiq edilən qadağaları alqışlayır

2021.10.20, 07:36
Vaşinqton İran və Suriyaya qarşı tətbiq edilən qadağaları alqışlayır

Gunaz.tv

GünAz TV: ABŞ (Avropa Birləşmiş Ştatları) Avropa Birliyinin Suriya və İrana qarşı sanksiya (təhrim) qərarlarını və digər addımları məmnuniyyətlə qarşıladığını bildirib.

 

Ağ Evdən verilən açıqlamada ABŞ-ın yaxın keçmişdə İrana qarşı sanksiyaları artırdığı, ən son bəzi Suriya rəsmilərinə və təşkilatlarına da məhdudiyyətlər gətirdiyi bildirilib.

 

Açıqlamada bu qərarların beynəlxalq birliyin Əsad rejiminin Suriya xalqının fundamental (təməl, əsasi) haqlarına hücumlarına və İranın beynəlxalq öhdəliklərinə əməl etməməsinə cavabı olduğu qeyd edilib.

 

Ağ Ev Suriya və İrana beynəlxalq normalara uyğun gəlməyən davranışlarına son qoymaları üçün təzyiq edilməsi istiqamətində Avropa Birliyi və digər ölkələrlə əməkdaşlığın davam etdiriləcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar