SON XƏBƏRLƏR

İtaliya öz səfirini Tehrandan geri çağırıb

2021.10.20, 07:36
İtaliya öz səfirini Tehrandan geri çağırıb

Gunaz.tv

GünAz TV: İtaliya cümə axşamı Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq barədə qərar qəbul edib.

 

Bu barədə İtaliya XİN-nin (xarici işlər naziri) rəhbəri Culio Tertsi məlumat verib.

 

Onun sözlərinə görə, bundan başqa, Böyük Britaniya səfirliyinə hücumdan sonra İran və beynəlxalq ictimaiyyət arasında gərginlik kəskin artıb. Bununla əlaqədar, İtaliya XİN İranda olan ölkə vətəndaşlarına ayıq-sayıqlığı artırmağı tövsiyə edir.

 

Qeyd edək ki, bundan əvvəl Fransa, Almaniya və Hollandiya məsləhətləşmələr aparmaq üçün səfirlərini Tehrandan geri çağırmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar