SON XƏBƏRLƏR

Bu gün Azərbaycan-İran münasibətləri müzakirə olunacaq

2021.10.20, 07:36
Bu gün Azərbaycan-İran münasibətləri müzakirə olunacaq

Gunaz.tv

GünAz TV: Azərbaycan Prezidenti Administrasiyası (nəhade riyasəte cümhuri) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu gün İrana səfər edir.

 

İran hökumətinin təşəbbüsü ilə gerçəkləşən səfər zamanı baş tutacaq görüşlərdə iki dövlət arasında mövcud informasiya, təbliğat, televiziya yayımları, ictimai institutların ölkədaxili proseslərə (sürəc, prusə) münasibətləri, açıqlamalar, ayrı-ayrı bəyanatlar və bu məsələlərdən irəli gələn məsələlər müzakirə olunacaq.

 

Eyni zamanda tərəflər arasında müzakirələrdə İran telekanallarının Azərbaycan efir məkanına müdaxiləsi, həmçinin bəzi İran telekanalları tərəfindən Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinin qarşısının alınması, antiazərbaycan, İrandakı ayrı-ayrı dairələrin Azərbaycanla bağlı təhrikedici, Azərbaycandakı dini vəziyyətlə bağlı çıxışlarına son qoyulması məsələlərinin xüsusi yer tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar