SON XƏBƏRLƏR

Avropa Birliyi də İrana qarşı yeni sanksiyalar tətbiq etdi

2021.10.20, 07:36
Avropa Birliyi də İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Gunaz.tv

GünAz TV: Dekabrın (December) 1-də Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında İrana qarşı yeni sanksiyaların (təhrim) tətbiqi barədə qərar qəbul edilib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyalar bu gündən qüvvəyə minir.

 

Qərara əsasən, İranın 180 məmuru və şirkəti (141 şirkət və 39 vətəndaş) “qara siyahı”ya salınıb. Bu məmurların Avropa Birliyinə üzv ölkələrdəki hesabları dondurulacaq, bu şəxslər Avropa Birliyi ölkələrinə səyahətə buraxılmayacaqlar. “Qara siyahı”ya düşən İran şirkətlərinin də Avropa Birliyinə üzv ölkələrin banklarındakı hesabları dondurulacaq.

 

Toplantıda İran Mərkəzi Bankı ilə əməliyyatların dayandırılması təşəbbüsü isə dəstəklənməyib. Eyni zamanda Yunanıstanın etirazı nəticəsində İran neftinin Avropa Birliyi ölkələrinə ixracının qadağan olunması da qəbul olunmayıb. Hər iki məsələ ilə bağlı müzakirələr yaxın həftələrdə davam etdiriləcək.

 

Avropa Birliyi bu sanksiyaları tətbiq etməklə Tehranı həyata keçirdiyi nüvə proqramı ilə bağlı danışıqlar masasına qaytarmağı, İranın nüvə proqramının MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarətinə keçməsinə razılıq verməsinə nail olmağa çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar