SON XƏBƏRLƏR

Britaniyanın İrandakı səfirliyi Bakıya köçürülüb

2021.10.20, 07:36
Britaniyanın İrandakı səfirliyi Bakıya köçürülüb

Gunaz.tv

GünAz TV: Böyük Britaniyanın Tehrandakı səfirliyinin diplomatik heyətinin evakuasiyası (təxliyyə) ilə əlaqədar İrana dair məsələlər bundan sonra müvəqqəti olaraq bu ölkənin Bakıdakı səfirliyinin vasitəsi ilə çözüləcək.

Bu barədə APA-ya diplomatik mənbələrdən bildirilib. Məlumata görə, İranda baş verən və Britaniyaya aid olan mövzularla bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyini bu ölkənin Azərbaycandakı səfirliyi məlumatlandıracaq.

Xatırladaq ki, iki gün öncə bir qrup iranlı tələbə Britaniyanın Tehrandakı səfirliyinə hücum edərək səfirliyi tutub, bəzi məxfi sənədləri ələ keçirib, Britaniya bayrağını yandırıb və altı nəfəri girov götürüb. İran polisinin səyləri nəticəsində tələbələr səfirlik binasından çıxarılıb, girovlar isə azad edilib.

Böyük Britaniya yaranmış vəziyyətlə əlaqədar artıq diplomatlarını İslam Cümhuriyyətindən çıxarmağa başlayıb.

Britaniyanın baş naziri Deyvid Kameron isə İrana xəbərdarlıq edib ki, səfirliyə hücum ciddi fəsadlara səbəb olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar