SON XƏBƏRLƏR

Səfir İranda baş verən son hadisələrə münasibət bildirib

2021.10.20, 07:36
Səfir İranda baş verən son hadisələrə münasibət bildirib

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Azərbaycandakı səfiri Metyu Brayza İranda baş verən son proseslərə (sürəc) münasibət bildirib.

Səfir jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-ın yaxın müttəfiqi olan Böyük Britaniyaya qarşı İranda törədilən hadisəyə Dövlət Departamenti (xarici işlər nazirliyi) kəskin reaksiya (əksüləməl) verib: “Bu məsələnin ciddiliyi, Böyük Britaniyanın öz diplomatlarını bu ölkədən çıxarması və İran hökumətinin Britaniyadakı səfirliyini bağlaması barədə qərarı hər şeyi ortaya qoyur. Mən diplomat kimi fəaliyyətimdə çox az sayda belə fakta rast gəlirəm ki, hər hansı bir ölkə öz ərazisində fəaliyyət göstərən səfirliyin bağlanması barədə qərara qəbul edir”. Səfir ABŞ Konqresində hazırda İrana qarşı sanksiyaların (təhrim) gücləndirilməsi ilə bağlı müəyyən qanunvericilik bazasının (təmə, əsas) nəzərdən keçirildiyini də qeyd edib: “Əlbəttə, biz beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla fəaliyyətimizin və addımlarımızın koordinasiyasına (həmahəngi) diqqət yetiririk”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar