SON XƏBƏRLƏR

NATO Suriyanı bombalamağa hazırlaşır?

2021.10.20, 07:36
NATO Suriyanı bombalamağa hazırlaşır?

Gunaz.tv

GünAz TV: Türkiyənin Hatay vilayətində NATO və körfəz ərəb dövlətlərinin birgə hərbi birləşməsi yaradılıb.

 

Qrup "Suriya ərazisində yaradılacaq humanitar (insani)  dəhlizlərin təhlükəsizliyini təmin etmək üçün" nəzərdə tutulub. Bu barədə Milli.Az xəbər portalı İsrailin DEBKA portalına istinadən xəbər yayıb.

 

"Suriyaya qarşı hərbi əməliyyatların planı artıq hazırdır", - deyə məlumatda bildirilir.

 

İordaniyanın "Al-Bawaba" qəzeti isə yazır ki, Liviyada (Libi) Müəmmar Qəzzafi rejiminə qarşı döyüşmüş Milli Keçid Şurasının 600 silahlısı da artıq Türkiyədədir. Onlar Suriya müxalifətinin yaratdığı "Suriya azadlıq ordusu"na kömək edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar