SON XƏBƏRLƏR

Qırğızıstanda yeni dövr başladı

2021.10.20, 07:36
Qırğızıstanda yeni dövr başladı

Gunaz.tv

GünAz TV: "Bu prezidentin deyil, ölkənin yeni dövrüdür" deyən Atambayev dünən keçirilən andiçmə mərasimi ilə prezident vəzifəsini Roza Otunbayevadan təhvil alıb.

 

Bişkekdəki Filarmoniya binasında keçirilən andiçmə mərasiminə Türkiyə prezidenti Abdulla Güllə yanaşı, bir çox ölkələrin liderləri qatılıb.

 

 Tədbirdə çıxış edən keçmiş prezident Roza Otunbayeva vəzifədə olduğu müddətdə dövlətin və millətin bütövlüyünü qoruduqlarını, uğurlu seçki keçirdiklərini deyib və Almazbek Atambayevə uğur arzulayıb.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Atambayev isə parlamentin və məhkəmənin ədalətli olmasının vacibliyini vurğulayıb: "Çünki xalq hər şeyin hesabını soruşacaq". Qırğızıstan prezidenti ölkənin ən böyük problemlərindən olan korrupsiya (fəsade mali) və rüşvətlə mübarizə aparılacağını bildirib. Almazbek Atambayev Qırğızıstanı bölməyə çalışan etnik separatçılara (bölücülərə) bundan sonra səbr və anlayış göstərilməyəcəyini vurğulayıb.

Andiçmə mərasimindən sonra prezident Abdulla Gül və Atambayev təkbətək görüş keçiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar