SON XƏBƏRLƏR

Türkiyə İrana nota verib

2021.10.20, 07:36
Türkiyə İrana nota verib

Gunaz.tv

GünAz TV: Ötən həftə Hacızadə bəyan edib ki, əgər ABŞ (Amerika Birləşmiş Ştatları) və ya İsrail tərəfdən Tehranın təhlükəsizliyi hədələnərsə, İran Türkiyə ərazisindəki NATO-nun raket hücumundan müdafiə obyektlərinə (təsisat) zərbə endirməyə hazırdır.

 

Türkiyə bu yaxınlarda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK=Sepah) hava-fəza qüvvələri bölməsinin komandanı (fərmandeh) Əmir Əli Hacızadənin Türkiyə ərazisindəki NATO-nun raket hücumundan müdafiə obyektlərinə İranın zərbə endirməyə hazır olduğu barədə dedikləri ilə bağlı İslam Respublikasına (Cümhuriyyət) etiraz notası təqdim edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti yazır.

 

Ötən həftə Hacızadə bəyan edib ki, əgər ABŞ (Amerika Birləşmiş Ştatları) və ya İsrail tərəfdən Tehranın təhlükəsizliyi hədələnərsə, İran Türkiyə ərazisindəki NATO-nun raket hücumundan müdafiə obyektlərinə zərbə endirməyə hazırdır.

"Bizim üçün təhlükə yaranarsa, əvvəlcədən Türkiyədəki NATO RHM obyektlərinə zərbələr endirməyə hazırıq, bundan sonra digər regionlara (bölgələr) zərbələr endirməyi hərbi qüvvələrimiz qarşısında vəzifə qoyacağıq", - Hacızadə deyib.

 

Çərşənbə günü Ciddədə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) təcili iclası zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və İranın xarici işlər naziri Əli Əkbər Salehi bu məsələni də müzakirə ediblər.

 

Salehi deyib ki, Əmir Əli Hacızadənin bəyanatı İranın rəsmi mövqeyinə uyğun deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar