SON XƏBƏRLƏR

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edildi

2021.10.20, 07:36
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edildi

Gunaz.tv

GünAz TV: Türkiyə hökuməti 2016-cı ilin iyulunda çevriliş cəhdindən sonra tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edib.

 

Türkiyə mətbuatının yaydığı məlumata görə, Fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 01:00-da  qüvvədən düşüb.

 

Xatırladılır ki, fövqəladə vəziyyət rejiminin müddəti 7 dəfə uzadılmışdı və ehtiyac yaranarsa, yenidən tətbiq oluna bilər.

 

İnformasiyada o da vurğulanır ki, prezident Rəcəb Tayyib Ərdoğan terrorçularla mübarizəni davam etmək niyyətindədir. Söhbət, nurçular təriqətinin başçısı Fətullah Gülənin FETÖ təşkilatından gedir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar