SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Behnam Şeyxinin ittihamlarına baxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Behnam Şeyxinin ittihamlarına baxılıb

Gunaz.tv

GünAz TV: Təbrizin inqilab məhkəməsinin 1-ci şöbəsində azərbaycanlı fəal Behnam Şeyxi mühakimə olunub.

 

Rəhim Həmlbərin sədrliyi ilə keçirilən Məhkəmə iclasında azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlara baxılıb. O, sistemin əleyhinə təbliğ və ölkə təslükəsizliyini pozmağa cəhd göstərməkdə günahlandırılıb.

 

Məhkəmədə azərbaycanlı fəalı, vəkil Mehdi Cəfərzadə müdafiə edib.

 

50 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılan Şeyxi keçən il Təbriz zindanından sərbəst buraxılıb. O, 2012-ci il aprelin 2-də (1391-ci il fərvərdinin 14-də) şəxsiyyət vəsiqəsini geri almaq üçün Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə müraciət edib. Lakin geri qayıdarkən Nəmin şəhərinin yoxlama məntəqəsində naməlum səbəbdən ETTELAAT məmurları tərəfindən yaxalanıb və Ərdəbilin ETTELAAT təcridxanasına aparılmışdır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar