SON XƏBƏRLƏR

Putin and içdi

2021.10.20, 07:36
Putin and içdi

Gunaz.tv

GünAz TV: Vladimir Putin, ilk dəfə olaraq altı il müddətinə Rusiya prezidenti seçilib.

Rusiyada martın 4-də keçirilən seçkidə qalib gəlmiş Vladimir Putin bu gündən prezident səlahiyyətlərinin rəsmən icrasına başlayıb. Kremldə keçirilən andiçmə mərasimində ölkə konstitusiyasına (anayasa) and içən Vladimir Putin artıq üçüncü dəfə Rusiyanın dövlət başçısı oldu. Ancaq ilk dəfə olaraq Rusiya prezidenti altı il müddətinə seçilib.

Andiçmə mərasimində 3 minədək qonaq iştirak edib. Qonaqlar arasında yerli rəsmilərlə yanaşı, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni də olub.

 İndi Vladimir Putinin qarşısında duran ilk vəzifə hökumət başçısını təyin etməkdən ibarətdir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar