SON XƏBƏRLƏR

Ermənistanda Sarkisyanın partiyası qalib gəldi – Yenilənib

2021.10.20, 07:36
Ermənistanda Sarkisyanın partiyası qalib gəldi – Yenilənib

Gunaz.tv

GünAz TV: Ermənistanda keçirilən parlament seçkilərində prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika (Cümhuriyyət) Partiyasının qalib gəldiyi açıqlanıb.

1982 seçki məntəqəsindən 1791-nin nəticələrinə əsasən Respublika Partiyası 44,2%  səs toplayıb. İkinci sırada 30,32%-lə “Çiçəklənən Ermənistan” Partiyası gəlir. Müxalifətin geniş koalisiyasını (etilaf) özündə birləşdirən Erməni Milli Konqresinə 7,2% səs yazılıb. Daşnaklar 5,66% səs alıb.

 Qeyd edək ki, proporsional (proportional) sistem üzrə parlamentə keçə bilmək üçün minimum 7% səs tələb olunur.

 Səsvermənin gedişini ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) missiyasının tərkibində 350 beynəlxalq müşahidəçi izləyib. Onların öz ilkin rəylərinin bu gün açıqlayacağı gözlənilir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar