SON XƏBƏRLƏR

Klinton İranla “altılıq” arasındakı müzakirələrdən danışıb

2021.10.20, 07:36
Klinton İranla “altılıq” arasındakı müzakirələrdən danışıb

Gunaz.tv

GünAz TV: “İranla “altılıq” arasında keçirilən müzakirələrdə bütün tərəflərin qəbul edəcəyi həll yolu tapmağa çalışırıq”.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bunu ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton bildirib.

 Onun sözlərinə görə, Rusiya və Çin də daxil olmaqla BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının üzvlərini İrana qarşı sərt sanksiyalar (təhrimlər) tətbiq olunması məsələsində razı salıblar: “Daha sonra ABŞ Avropa Birliyi ilə birlikdə İrana qarşı birtərəfli sanksiyaları sərtləşdirib. Hətta İran neftinə tətbiq olunmuş sanksiya nəticəsində bu ölkə neftini sata bilmir və milli valyutası dəyərini itirir”.

 H. Klinton əlavə edib ki, ABŞ diplomatik həll yolunun tərəfdarıdır və hazırda tərəflər arasında müzakirələrin necə nəticələnəcəyini söyləmək tezdir.

 Lakin elə bu gün “Russia Today" telekanalı “The Washington Post” qəzetinə istinadən “ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir aydan da qısa müddət ərzində İranın hərbi gücünü məhv etmək imkanına malik olduğunu açıqlayıb” məzmununda xəbər yayıb.

 Xəbərdə bildirilir ki, ABŞ Mərkəzi Komandanlığı (fərmandehi) bu ölkənin hava və dəniz qüvvələri ilə birlikdə üç həftə ərzində İranın hərbi gücünü çökdürə biləcəyini deyib. Radio antenn

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar