SON XƏBƏRLƏR

Qərbi Azərbaycan - Poldəştin püstə məhsulu bağbanları sevindirdi

2021.10.20, 07:36
Qərbi Azərbaycan - Poldəştin püstə məhsulu bağbanları sevindirdi

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Poldəşt şəhərində püstə yetişdirilir.


Bu barədə Poldəşt Kənd Təsərrüfatı İdarəsinin müdiri Əli Əsğərzadə “İsna” xəbər agentliyinin müxbiri ilə danışığında məlumat verib.

 

“4 il əvvəl birinci dəfə olaraq Poldəştdə püstə bağı salındı. Sahəsi 8 hektar olan bağdan artıq 1 tondan çox məhsul əldə olunub”- deyə o bildirib.

 

Onun sözlərinə görə, püstə bağının məhsul verməsi bağ sahibini sevindirməklə yanaşı bölgə əhalisinin bu işə marağını artırıb.

 

Kənd Təsərrüfatı İdarəsinin müdiri bildirib ki, “püstə ağacının digər bağ ağacları ilə müqayisədə suya 30 faiz daha az ehtiyacı var. Poldəşt şəhəri torpaq, su və iqlim şəraitinə görə buğda, arpa, qarpız və bu stratejik məhsulun yetişdirilməsində önəmli yerlərdən biri ola bilər.”

 

Qiymətli quru meyvələrdən olan püstə İran və daha bir neçə ölkənin qiymətli məhsullarından biridir. Bu məhsul hər torpaq və iqlimdə yetişmir. İran 2005-ci ildə 190 min ton püstə istehsal edərək dünya üzrə birinci olmuşdur. Bu qiymətli məhsulun Azərbaycanın sərhədyanı şəhəri Poldəştdə yetişdirilməsi bölgə əhalisi və ümumiyyətlə Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar