SON XƏBƏRLƏR

“Traxtur pərçəmi” dərgisi yayılacaq

2021.10.20, 07:36
“Traxtur pərçəmi” dərgisi yayılacaq

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol klubunun müdiri bildirib ki, “Traxtur-Mələvan” müsabiqəsi öncəsi “Traxtur pərçəmi” adlı dərgi yayılacaq.

 

Məhəmmədhüseyn Cəfəri “Traxtur” takımı (timi) ilə bağlı dərginin nəşr edilməsinin vacib olduğunu bildirərək bəyan edib ki, ““Traxtur” ölkənin ən çox tərəfdarı olan takımlardan biri kimi idman (vərziş) xəbərləri üzrə birinci yerdədir. Ona görədə “Traxtur” tərəfdarlarına məlumatların çatdırılması üçün bir yerli dərgiyə ehtiyac var”.

 

O əlavə edib ki, hələlik sözü gedən dərgi yerli dərgilərin birisinin əlavəsi  olaraq yayılacaq. Ancaq ümid edirəm ki, hazırda apardığımız səylərin nəticəsində lisenziya (mücəvviz) almağa nail olub və dərgini müstəqil şəkildə nəşr edəcyik.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar