SON XƏBƏRLƏR

Tehran rejimi terrorçuluqda ittiham etdiyi bir neçə nəfəri həbs edib

2021.10.20, 07:36
Tehran rejimi terrorçuluqda ittiham etdiyi bir neçə nəfəri həbs edib

Gunaz.tv

GünAz TV: İranda nüvə alimlərinə qarşı sui-qəsd həyata keçirməkdə şübhəli bilinən bəzi şəxslər həbs olunub.

 

Bu barədə İranın informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) Heydər Moslehi bildirib. Onun sözlərinə görə, bir neçə nəfər narkotik (müxəddir maddələri) qaçaqmalçısı həbs olunub: “Onlardan bir neçəsinin iranlı nüvə alimlərini qətlə yetirməkdə əli var”. Bu barədə APA İRİB-ə istinadən xəbər yayıb.

 

Qeyd edək ki, İranda nüvə alimləri Məsud Əli Məhəmmədi, Məcid Şəhriyari, Daryuş Rzanejad və Mustafa Əhmədi Rövşən sui-qəsd nəticəsində qətlə yetirilib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar