SON XƏBƏRLƏR

Ərdoğan: "Sarkozi bundan sonra tətilə çıxar, başqa edəcəyi bir şey yoxdur"

2021.10.20, 07:36
Ərdoğan: "Sarkozi bundan sonra tətilə çıxar, başqa edəcəyi bir şey yoxdur"

Gunaz.tv

GünAz TV: Qaziantepdən Sloveniyanın paytaxtı Lüblyanaya gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan hava limanında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 Ərdoğan Fransadakı seçkilərə münasibət bildirib və bu nəticələrin gözlənilən olduğunu deyib: "Çox mühüm olan şey son ictimai rəy sorğularının nəticələrinin eynilə təsdiqlənməsidir. Bu, çox ciddi uğurdur. Araşdırma tamamilə doğru çıxdı".

 Baş nazir Sarkozinin bundan sonra edəcəyi bir şeyin olmadığını söyləyib: "Hər halda tətilə çıxacaq. Çünki özünün verdiyi söz də buydu ki, siyasətə davam etməyəcək".

 Ərdoğan Fransadakı yeni dövrün Türkiyə-Fransa əlaqələri baxımından fərqli olmasını, həmrəyliyə yönəlməsini istədiyini deyib: "Yoxsa seçki meydanlarında populist mesajlar bu iqtidarın addımlarında əksini tapacaqsa, bu, Türkiyə-Fransa əlaqələrinə də mənfi təsir edə bilər. Ümid edirəm ki, o mesajlar meydanlarda qalar".

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar