SON XƏBƏRLƏR

Ermənistanda keçirilən seçkilərin ilkin nəticəsi açıqlandı

2021.10.20, 07:36
Ermənistanda keçirilən seçkilərin ilkin nəticəsi açıqlandı

Gunaz.tv

GünAz TV: Ermənistanda mayın 6-da keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb.

“Armtoday.info” saytının məlumatına görə, prezident Serj Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika (Cümhuriyyət) Partiyası 53,67 faiz səslə birinci yerdə gedir. Çiçəklənən Ermənistan Partiyasının 29,78 faiz səslə ikinci yerdə qərarlaşdığı xəbər verilir.

Ermənistan parlamenti 131 millət vəkilindən ibarətdir və qarışıq sistemlə formalaşır: 90 deputat (millət vəkili) partiya siyahıları üzrə, 41-i isə birmandatlı dairələrdən seçilir. Parlamentə proporsional sistem üzrə düşmək üçün partiya minimum 5, blok isə 7 faiz səs toplamalıdır. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Daşnaksütun Partiyası 5 faizlik həddi keçib. Bu qurum 5,35 faiz yığıb. 

Seçkiyə blok kimi qatılmış Erməni Milli Konqresinin isə 3,16 faiz səs topladığı bildirilir. Erməni Milli Konqresinə sabiq prezident Levon Ter-Petrosyan rəhbərlik edir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar