SON XƏBƏRLƏR

Vüqar Abbasov: “GünAz TV tək güneylə deyil, bütün Azərbaycanla bağlı tam mövqeyini ortaya qoyur”- Müsahibə

2021.10.20, 07:36
Vüqar Abbasov: “GünAz TV tək güneylə deyil, bütün Azərbaycanla bağlı tam mövqeyini ortaya qoyur”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Wereldregio” qəzetinin əməkdaşı, “On File” jurnalistlər birliyinin üzvü, politoloq (siyasətçi) Vüqar Abbasovdır.

 

-Vüqar bəy, bu gün Güney Azərbaycan Televiziyasını güney Azərbaycan məsələsində oynadığı rolu necə dəyərləndirirsiniz?- Güney Azərbaycan Televiziyası tək güneylə deyil, bütün Azərbaycanla bağlı tam mövqeyini ortaya qoyur. Bunu mən sözün bütün mənalarında deyirəm. Bu televiziya hər zaman Bütöv Azərbaycanın təbliğatına geniş yer verib. Mən özüm də vaxtaşırı sizin vasitənizlə burda öz mövqeyimi ortaya qoymuşam. Hər vaxt da dediklərim olduğu kimi öz əksini tapıb düzəliş olmadan. Bundan başqa, mən bir neçə dəfə də sözü gedən televiziyanın canlı yayımına telofonla qoşulmuş, emaillə öz düşüncələrimi bölüşmüşəm. Təbii ki, bu və digər fikirlər mənim subyektiv (subjective) fikrimdir. Ancaq mən hər vaxt öz fikirlərimdə obyektiv (objective) olmağa çalışmışam. Bir daha bildirmək istəyirəm ki, bu televiziya Azərbaycanın heç bir məsələsinə biganə qalmayıb, eləcə də Güneydən olan soydaşlarımıza qarşı. Çəkinmədən demək lazımdır ki, Güney Azərbaycan televiziyası güneyin səsidir və fars şovinizmini vuran silahımızdır. Bu kanalın Güney Azərbaycan Milli Hərəkatının alovlanmasında böyük rolu var. -Bu günlərdə Sabir Rüstəmxanlı GünAz TV-ni İranın Səhər kanalı ilə eyniləşdirib. Bu, haqda nə deyə bilərsiniz?- Mən hər vaxt bir sözü hər yerdə çəkinmədən deyirəm ki, Sabir Rüstəmxanlı vaxtında “Ömür kitabı” ilə öz sözünü demiş insandır. Həmən kitabla Sabir bəy Azərbaycana elə bir xidmət göstərmiş insandır ki, bundan sonra bir iş görməsə belə yetərlidir. Mən Sabir bəyin siz deyən fikirlərinə heç yerdə rast gəlməmişəm. Deyibsədə, bu Sabir bəyin şəxsi fikridir. Mən onu şərh etməyəcəm. Sadəcə özüm heç vaxt müqayisəni etməz və onları eyniləşdirməzdim. Güney Azərbaycan Televiziyasının internet səhifəsində dilimizin Türk dili olaraq göstərilməsi buna lap adi bir misaldır. Siz sayta baxsanız orda Azərbaycanla bağlı gedən yazılarla tanış ola bilərsiz. Vaxtilə həmən saytda Sabir bəyin məhz Səhər kanalından müdafiə məqsədilə yazıya da rast gələ bilərsiz.http://www.gunaz.tv/aze/37/newsCat/1/newsID/15857-IRANIN-SEHER-KANALI-SABIR-RUSTEMXANLIDAN-EL-CEKMIR.html/newsPage_1/232(16 .01.2009) . Bu səpkili yazı sözü gedən sayda nə ilk, nə də son deyil. Ümid edirəm ki, tərəflər qarşılıqlı ittihamlar etməyəcəklər. Bir də DAK –ın birləşə bilməməyinə təəssüfümü bildirirəm.

 

Söhbətləşdi: Elnur Eltürk

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar