SON XƏBƏRLƏR

Azərbaycan xoşbəxtlik indeksinə görə bütün qonşularını üstələyib

2021.10.20, 07:36
Azərbaycan xoşbəxtlik indeksinə görə bütün qonşularını üstələyib

Gunaz.tv

GünAz TV: Birləşmiş Millətlər Təşkilatı 2018-ci il üçün dünya ölkələrinin xoşbəxtlik indeksini açıqlayıb.

 

Qaynarinfo-nun yaydığı məlumata görə, hesabat hazırlanarkən, ölkədə adambaşına düşən Ümum Daxili Məhsul (ÜDM), sosial dəstək, sağlam həyat tərzi, yaşayış yeri seçmək azadlığı, səxavətlilik və korrupsiya kimi amillər nəzərə alınıb.

 

Beləliklə bu il dünyanın ən xoşbəxt ölkəsi Finlandiya seçilib. 156 ölkəni əhatə edən siyahıda Azərbaycan 87-ci sırada qərarlaşıb. Ötən ilin reytinqində isə ölkəmiz 85-ci yerdə idi.

 

Ermənistan 129, Türkiyə 74, Rusiya 59, Gürcüstan 128, İran isə 106-cı sıradadır.

 

İlk beşlik:

1. Finlandiya

2. Norveç

3. Danimarka

4. İslandiya

5. İsveçrə

 

Son beşlik:

1. Yəmən

2. Tanzaniya

3. Cənubi Sudan

4. Mərkəzi Afrika Respublikası

5. Burundi

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar