SON XƏBƏRLƏR

Qəzvində bu zavodun 180 işçisi ixtisar edilib

2021.10.20, 07:36
Qəzvində bu zavodun 180 işçisi ixtisar edilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Qəzvinin “Marliksan” zavodu ötən günlərdə 180 işçisini ixtisar edib.

 

Avtomobil üçün ehtiyat hissələri istehsal edən zavodun işçiləri bu barədə “İlna” xəbər agentliyinə danışıb.

 

“Zavodun bu ilin əvvəlində (İranda yeni il Novruz bayramından başlayır) 340 işçisi var idi. Ötən günlərdə 1 ildən 15 ilədək zavodda çalışan 180 işçi ixtisar edildi. Buna səbəb ölkənin iki böyük avtomobil zavodunun “Marliksan”a borcunu ödəməməsidir”- deyə sənaye müəssisəsinin işçiləri bildirib.

 

Onların sözlərinə görə, hazırda zavodda 160 işçi qalıb. Onların iş müqaviləsə 1-2 aydan bir uzadılır, işçilər işlərini itirməkdən qorxurlar.

 

Sənaye müəssisəsi avtomobil zavodlarına aylar öncə ehtiyat hissələri satıb, lakin satdığı məhsulun pulunu ala bilmir.

 

Məlumata görə, işdən çıxarılan işçilər yenidən işə qaytarılacaqlarına ümid edirlər.

 

Əvvəllər 3 növbəli iş rejimində çalışan zavodda hazırda iş rejimi 1 növbəyə endirilib.

 

“Qəzvin Əmək Evi”nin icraçı katibi “Marliksan” zavodunun maliyyə sıxıntıları ilə əlaqədar işçilərini ixtisar etdiyini təsdiq edərək problemin aradan qaldırılmasını tələb edib.

Eydəli Kərimi bildirib ki, ixtisar edilən işçilərin əksəriyyəti kirayə evlərdə yaşayır, bəzilərinin isə öyrənci övladı var. Bu problem onların həyatını çox çətinləşdirib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar