SON XƏBƏRLƏR

Moskvada Pütin Əleyhdarı Nümayişdə 250 Adam Nəzarətə Alındı

2021.10.20, 07:36
Moskvada Pütin Əleyhdarı Nümayişdə 250 Adam Nəzarətə Alındı

Gunaz.tv

Moskvada Pütin Əleyhdarı Nümayişdə 250 Adam Nəzarətə Alındı

 GünazTV: Rusiyanın paytaxtı Moskvada "Milyonların gedişi" adı altında təşkil edilən müxalif nümayişdə, 250 adam nəzarətə alındı. Ayrıca nümayişi çəkməyə çalışan bir fotoşəkilçi balkondan düşərək həyatını itirdi.

 

Təhlükəsizlik müdirliyindən edilən açıqlamada, nümayişə 30 min adamın qatıldığı ifadə edilərkən, mitinq təşkilatçıları nümayişə 100 min adamın gəldiyini bildirdi. 

4 Aralıq/dekabr parlament seçkilərinin ardından başlayan nümayişlərdə on minlərlə adamı meydanlarda yığan müxalif qruplar bu dəfə də Moskvanın mərkəz Kremlin Meydanına toplandı.

Nümayişə Rusiya lideri Vladimir Pütin əleyhdarı göstərilərin əhəmiyyətli adlarından Sergey Udaltsov, Aleksey Novalnıy və Boris Nemtsov qatıldı. 

Bolotnayada təşkil edilən mitinqlərin ardından Kremlinə irəliləməyə çalışan izdiham təhlükəsizlik kordonunu aşmağa çalışdı. Kordonu aşmağı bacaran nümayişçilər ilə çevik qüvvət arasında qalmaqal çıxdı. Yaşanan hadisədə 6 adamın yaralandığı ifadə edildi. 

 

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar