SON XƏBƏRLƏR

İran əhalisinin 20%-dən çoxu işsizdir

2021.10.20, 07:36
İran əhalisinin 20%-dən çoxu işsizdir

Gunaz.tv

GünAz TV: İran Statistika Komitəsinin rəhbəri Əmirəli Parsa İran əhalisinin 20.5%-dən çoxunun hazırda iş axtardığını deyib.  

 

Bundan başqa, “işçi qüvvələrinin statistikasının tutulması üzrə layihə”nin hesabatına görə, 2018-ci ilin payızında əhalinin cəmi 11.7%-i işsiz idi. Lakin hazırda bu rəqəmdə kəskin artım müşahidə olunur.

 

2018-ci ilin avqust ayında İran Milli Məclisinin Tədqiqat Mərkəzinin yaydığı hesabatda da ölkədə işsizliyin narahat edici səviyyədə olduğu və bunun problemlərə yol açacağı bildirilirdi.

 

Hesabatda 2017-ci ilin dekabr ayının sonlarında İranın əksər şəhərlərində başlamış etiraz aksiyalarına işarə edilərək, qeyd edilirdi ki, cavanların, qadınların və ali təhsilli şəxslərin işsizlik səviyyəsi İrana öz iqtisadi kursunu dəyişməyin zərurətini göstərən xəbərdarlıqdır.

 

Ə.A

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar