SON XƏBƏRLƏR

İraqda ziyarətə gedən iranlıları daşıyan avtobusa silahlı hücum olub

2021.10.20, 07:36
İraqda ziyarətə gedən iranlıları daşıyan avtobusa silahlı hücum olub

Gunaz.tv

GünAz TV: Fevralın 3-ü axşam saatlarında İraqın Səlahəddin vilayətinin Bələd adlı bölgəsində iranlı zəvvarlar silahlı hücuma məruz qalıblar.

 

Naməlum şəxslərin pir ziyarətinə gedən avtobusu atəşə tutması nəticəsində 8-i iranlı olmaqla, ümumilikdə 9 nəfər xəsarət alıb. Onlardan biri iraqlı avtobus sürücüsüdür.

 

Yaralılardan 6 nəfərin xəsarətləri yüngül olduğundan, onlar ilkin müalicədən sonra xəstəxanadan buraxılıblar. Vəziyyəti ağır olan digər 3 iranlı isə Bağdadda yerləşən xəstəxanalara aparılıblar. Yerli rəsmilər hadisəni terror aktı kimi qiymətləndirib.

 

Hələ ki, heç bir qruplaşma baş vermiş hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar