SON XƏBƏRLƏR

Amedinejadı Çətin Günlər Gözləyir

2021.10.20, 07:36
Amedinejadı Çətin Günlər Gözləyir

Gunaz.tv

Amedinejadı Çətin Günlər Gözləyir

GünazTV: Ahmedinejad tərəfdarı- millət vəkili namizədləri ikinci dövrdə də çoxunluq göstərə bilmədi.

İranda keçən mart ayında keçirilən seçkidə 290 üzvlü parlamentdə  65 kürsü ikinci dövrə qalmışdı.Dünənki  səs vermədə dini lider Əli Xamaney ilə anlaşılmazlığa düşən Ahmedinejad tərəfdarı namizədlər yenə də məclis seçkilərində  ciddi  çoxunluq göstərə bilmədi.

Müəyyən olan 39 kürsüdən 20-sini Xamaney tərəfdarı mühafizəkarlar, 8-ini isə Ahmedinejad tərəfdarları, 11-ini də müstəqillər qazandı.

Mühafizəkarlar  Ahmedinejadı   dini lider Xamaneyin səlahiyyətlərini əlindən almağa çalışmaqla günahlandırır.İlk dövrdə də qazanan 225 millət vəkilindən əksəriyyətini mühafizəkarlar meydana gətirirdi.

İranda iki dövr üst-üstə prezidentlik edən Ahmedinejadın vəzifə müddəti gələcək il dolur. Konstitusiya uyğun olaraq Ahmedinejad prezidentlik seçkisinə qatıla bilməyəcək. Parlament, onun yerinə keçəcək namizədin təyin olunmasında əhəmiyyətli rol oynayacaq.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar