SON XƏBƏRLƏR

Suriyada növbəti partlayışlar olub

2021.10.20, 07:36
Suriyada növbəti partlayışlar olub

Gunaz.tv

GünAz TV: Suriyada atəşkəsi təmin etmək mümkün olmur, toqquşmalar davam edir.

Suriyanın paytaxtı Dəməşqin mərkəzində iki partlayış olub.

 Yola qoyulan iki bombanın partlaması nəticəsində 9 avtomobilə ziyan dəyib.

 Hələbdəki partlayışda isə yaralananların olduğu bildirilir.

 Atəşkəsin təmin oluna bilmədiyi Suriyadakı BMT (Birləşmiş Millətlər Təşkilatı) müşahidəçilərinin sayı da artır. Sayı 50-dən 65-ə çıxan müşahidəçilər toqquşmalara baxmayaraq işlərini davam etdirirlər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar