SON XƏBƏRLƏR

Tehranda Soydaşlarımız "Şuşanın dağları" mahnısını ayaq üstə qarşıladılar

2021.10.20, 07:36
Tehranda Soydaşlarımız "Şuşanın dağları" mahnısını ayaq üstə qarşıladılar

Gunaz.tv

GünAz TV: Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri kamera və xalq çalğı alətləri ilə birlikdə Tehranın əzəmətli "Milad" Beynəlxalq teatr və konsert salonunda möhtəşəm konsert proqramı nümayiş etdirib.

GünAz TV mətbuat mərkəzinin AzərTAc-a istinadən yaydığı məlumata görə,  xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə keçirilmiş konsertdə əsasən əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyevin mahnıları və Azərbaycan xalq mahnılarının aranjmanları ifa olunub. Orkestrin çıxışı zamanı C.Allahverdiyev özü royalda ifa edib. Otaylı xanəndə Fərəməz Qəmrudinin Əməkdar artistlərdən Malik Mansurovun (tar), Elşən Mansurovun (kamança), Şirzad Fətəliyevin (balaban, tütək və zurna) müşayiəti ilə oxuduğu “Heydər baba”, “Sarı gəlin”, “Şuşanın dağları” və digər mahnılar Tehran musiqisevərlərinin hərarətli alqışları ilə qarşılanıb. Nağaraçı Kamran Kərimovun və xalq çalğı alətləri üzrə digər sənətkarlarımızın fərdi ifaları olub. Orkestrimizin İrana ilk qastrolu (səfər) sonsuz tamaşaçı alqışları və sevgisi ilə başa çatıb. İran musiqisevərləri rəngarəng gül çələngləri və tər çiçəklərlə sənətkarlarımızın görüşünə gəliblər. Musiqisevərlərin xahişi ilə təkrar ifa olunan “Şuşanın dağları” mahnısı tamaşaçılar tərəfindən ayaq üstə, hərarətli alqışlarla qarşılanıb. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov konsertdən sonra musiqiçilərimizlə görüşüb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar