SON XƏBƏRLƏR

Azərbaycan prezidentinin Nyu-Yorka səfəri aksiyalarla müşayiət olunub

2021.10.20, 07:36
Azərbaycan prezidentinin Nyu-Yorka səfəri aksiyalarla müşayiət olunub

Gunaz.tv

GünAz TV: Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasında (TŞ)  çıxışı zamanı BMT (Birləşmiş Millətlər Təşkilatı) binası qarşısında Azərbaycan və türk diasporunun nümayəndələri yürüş keçirib.

Onlar Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini pisləyiblər.

Yürüş iştirakçıları Azərbaycan və Amerika arasındakı münasibətlərin inkişafını dəstəklədiklərini, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini lənətlədiklərini bəyan ediblər. Eyni vaxtda BMT-nin binası qarşısında bir neçə erməni isə etiraz aksiyası (yürüşü) keçirib.  Onlar Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinə etirazlarını bildirib. BMT binasının mühafizəçiləri və Nyu-York polisi aksiyanı dağıdıb. Bundan sonra diaspor nümayəndələrimiz aksiyanı əvvəlcədən icazə alınmış yerdə - “Dag Hammarjskold Park”da davam etdirib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar