SON XƏBƏRLƏR

Ermənistanda partlayış baş verdi

2021.10.20, 07:36
Ermənistanda partlayış baş verdi

Gunaz.tv

GünAz TV: Ermənistanda parlament seçkisi öncəsi hakim partiyanın təşkil etdiyi təbliğat mitinqi yarımçıq qalıb.

Mitinqdən sonra keçirilən konsret zamanı içərisinə qazla doldurulmuş şarların partlaması 150-yə yaxın insanın xəsarət almasına səbəb olub. İrəvanın mərkəzindəki rpespublika (cümhuriyyət) myedanında hakim respublika partiyasının seçkiqabağı konsertində yeniyetmələrin əlindəki 100-lərlə içərisi qazla doldurulmuş hava şarı partlayıb. Partlayışdan sonra yanğın baş verib. Hadisə zamanı xeyli sayda adam yanıq xəsarətləri alıb. Rəsmi məlumatlara görə, hadisə nəticəsində 144 nəfər yaralanıb. Hadisədən dərhal sonra işğalçı ölkənin rəhbəri Serj Sraqsyan bəyanatla çıxış edib. O bildirib ki, respublika meydanındakı hadisə hamı üçün zərbə oldu. Daha sonra o bildirib ki, insidentlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır və günahkarlar müəyyənləşdirildikdən sonra qanuna uyğun şəkildə məsuliyyətə cəlb olunacaq. Erməni rəhbər xalqı soyquqqanlı olmağa çağırıb. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda yaralılardan 28-nin vəziyyətinin xüsusilə ağır olduğu, onların reanimasiya şöbəsində yerləşdirildiyi bildirilir. Müxalif düşərgənin nümaynədələri isə hadisənin günahını təhlükəsizlik tədbirlərinin zəifliyi ilə əlaqələndiriblər. «İRS» fraksiyasının rəhbəri Stepan Sararyan bildirib ki, bütün gücünü insanların səsəsini qazanmağa səfr edən hakimiyyət xalqın təhlükəsizliyinə barmaqarası yanaşır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar