SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı Etiraz Yığıncağına ÇAĞIRIŞ - YENİLƏNİB

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı Etiraz Yığıncağına ÇAĞIRIŞ - YENİLƏNİB

Gunaz.tv

GünAz TV: Urmu Gölünün qurudulması məsələsi güney azərbaycanlıların gündəmindən düşmək bilmir.

Bir qrup Azərbaycan Milli Hərəkat fəalları və öyrəncilər yeni Bəyanatla çıxış ediblər. Azərbaycanlı fəallar Urmu gölünün qurudulması siyasətini şiddətlə məhkum edib, İran rəhbərliyinin irqçi siyasətini qınayıb, Urmu Gölü və ətraf bölgələrdə yaşayan əhalini gözləyən faciədən geniş söz açıblar. Həmçinin milli-mədəni fəallar və jurnalistlərə qarşı təzyiqlər, onların həbs edilməsi, işgəncə edilməsi və evlərinin axtarılmasını şiddətlə qınayıblar.

Bəyanatda vurğulanıb ki, biz artıq bir yerə toplaşaraq səsimizi qulaqları kar olmuş İran rəhbərliyinə deyil, Birləşmiş Millətlər Təşkilatı və dünya ictimaiyyətinə çatdırmağa çalışmalıyıq. Ola bilsin ki, onlar bir nicat yolu tapsınlar.

Bəyanatda Güney Azərbaycanda yaşayan bütün soydaşlarımız xüsusi ilə Urmulu soydaşlarımızdan dəvət olunur ki, nəzərdə tutulan dinc Etiraz Yığıncağında aktiv olsunlar.

 

Məlumata görə, Etiraz yürüşünə daha bir dəstək də gədi. Azərbaycan Milli Hərəkat fəalları Güney Azərbaycanın Urmu şəhərində çoxsaylı Bildiriş yayıblar.

“Kütləvi Etirazlara hazırlaşaq” məzmunlu Bildirişlər şəhərin müxtəlif  yerlərində yayılıb.

Bildirişdə Urmu şəhərinin İran parlamentindəki millət vəkillərindən istənilib ki, “Azərbaycan və Urmu Gölü ilə bağlı səsləndirdikləriniz şüarların əmələ keçməsini istəyirsinizsə, Azərbaycan xalqını yalnız buraxmayın. Bilin ki, tarix böyük məhkəmədir”.

 

Azərbaycan Milli Hərəkatının bir qrup Xoylu fəalı da keçiriləcək kütləvi etirazlar barədə dəstək Bəyanatı yayıb və xalqımızı aktiv olmağa çağırıblar. Milli fəallar Urmu Gölü ilə bağlı İran rejiminin qərəzli siyasətinə qarşı etiraz yürüşlərinə qatılmağı milli borc kimi dəyərləndiriblər.

 

Şüarlar:

Urmu Gölü can verir – Dövlət onun qətlinə fərman verir

Urmu Gölü səslənir – Susuzam Haray Haray

Sədləri sındırın – Urmu Gölün doldurun

Gəlin gedək ağlayaq – Urmu Gölün dolduraq

 

Görüş:

Zaman: 2012-ci il mayın 21-i (1391-ci il xordadın 1-i), yerli vaxtla saat 18 radələri

Yer: Urmu, Ətayi xiyabanı – İmam

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar