SON XƏBƏRLƏR

Pakistanda Partlama: 22 Ölü, 42 Yaralı

2021.10.20, 07:36
Pakistanda Partlama: 22 Ölü, 42 Yaralı

Gunaz.tv

Pakistanda Partlama: 22 Ölü, 42 Yaralı GünazTV: Pakistanın şimal-qərbindəki tayfa bölgəsi Bajaurda polis idarə nöqtəsini hədəf alan bombalı hücumda 22 adamın öldüyü bildirildi.  Hücumda ən az 42 adamın da yaralandığı ifadə edildi. Hadisənin dərhal ardından  insanların  küçəyə çıxması qadağan  edildi. Hücumu hələ boynuna götürən olmasa da bu hücumun Üsami Bin Ladinin ABŞ əsgərləri tərəfindən öldürülməsinin ildönümü ilə əlaqədər  Pakistanda olabiləcək teror hücumlarından biri olması ehtimal olunur.Pakistan hökumətinin, bölgədəki terorist qruplarla mübarizəsinə dəstək verən tayfa polisi tez-tez hücumlara uğrayır.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar