SON XƏBƏRLƏR

Həmsədrlər bölgəyə səfər edəcəklər

2021.10.20, 07:36
Həmsədrlər bölgəyə səfər edəcəklər

Gunaz.tv

GünAz TV: Həmsədrlər Ermənistan, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və Azərbaycanda olacaqlar. 

ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 11-13-də bölgəyə səfər edəcəklər.

Həmsədrlər mayın 11-də Ermənistanda, mayın 12-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində, mayın 13-də isə Azərbaycanda olacaqlar. 

Vasitəçilər səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri, hər iki ölkənin xarici işlər nazirləri ilə görüşəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların mövcud durumu, konfliktin həlli perspektivləri (çeşməndaz) müzakirə olunacaq.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar